Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 200 şagird yerlik Hacılar kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

14 sentyabr 2017 | 11:00

14 sentyabr 2017-ci il tarixdə saat 10:00 –da Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin sifarişi əsasında tikilən Elşən Rüstəmov adına 200 şagird yerlik  Hacılar kənd tam orta məktəbinin binasının açılışı ilə bağlı tədbir olmuşdur.
     Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin nümayəndəsi Vəli Albəndov və digər qonaqlar iştirak etmişdirlər.
    Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə məktəbin müəllim, şagird kollektivi və öz adından minnətdarlığını bildirmişdir.
    Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin nümayəndəsi Vəli Albəndov, kəndin ağsaqqalları və ziyalıları çıxış edərək bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binasının bütün ziyalılar üçün xeyirli olmasını və məktəbin müəllim, şagird kollektivinə uğurlar və nailiyyətlər arzulamışdılar. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.

Keçidlər