Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Sülh aylığı” çərçivəsində tədbirlər davam edir
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 21 avqust – 21 sentyabr “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlər davam edir. Bu münasibətlə 13 sentyabr 2017-ci il tarixdə Ağcabədi şəhər 5 saylı körpələr evi uşaq bağçasının balaca fidanları Heydər Əliyev Mərkəzində oldular.
Öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair eksponantlarla tanış edilən körpələr daha sonra Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinə baxdılar. Balacalara Mərkəzin foyesində “Sülh günü” nə həsr edilmiş sərgi əsasında müharibənin insanlara gətirdiyi bəlalardan qurtulmaq üçün sülhə tərəfdar olmağın vacibliyi vurğulandı. Uşaqlar isə səsləndirdikləri şüarlarla dünyaya sülh arzuladılar.
Daha sonra körpə fidanlar sülhə və birliyə aid şeirlər söyləyib, şən musiqilərin sədası altında rəqs etdilər.