“Beynəlxalq Sülh Günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilmişdir.
21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “sülh aylığı” keçirilir. Ağcabədi rayon Heydər Əliyev Mərkəzində də “sülh aylığı” çərçivəsində sərgi təşkil edilmişdir.
Sərgi iki (2) hissədən ibarətdir. Birinci hissədə “Müharibə analar üçün ən dəhşətli lənətdir” başlığı altında müharibədən əziyyət çəkən uşaqlarla bağlı fotolar sərgilənmişdir.
İkinci hissədə isə “Yurdda sülh, Cahanda sülh!” başlığı altında insanları sülhə səsləyən fotolar nümayiş olunur.
Qeyd edək ki, sərgi sentyabr ayının sonunadək davam edəcək və növbəti günlərdə “Sülh günü”nə həsr edilmiş silsilə tədbirlər keçiriləcəkdir.