Şriftin ölçüsü :

Saytın rəngi :

Kaspi Abituriyent kursunun Ağcabədi filialında ilk dərs günü

12 sentyabr 2017 | 11:00

11 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayonunda Kaspi Abituriyent kursunun Ağcabədi filialının ilk dərs günü açılış tədbiri olmuşdur. İlk dərs günü tədbirində tədbirdə filialın şagird və müəllimləri, valideyinlər iştirak etmişdir. Tədbirdi giriş nitqi ilə açan filialın direktoru Pərviz İsmayılov şagird və müəllimlərə 2017-2018-ci tədris ilində müvəffəqiyyətlər arzulayaraq şagird və valideyinlərə Kaspi Abituriyent kursunun Ağcabədi filialını seçdikləri üçün minnətdarlığını bildirdi. İlk dərs günü tədbirdə çixiş edən valideyin və müəllimlər də Kaspi Abituriyent Ağcabədi filialının rayonumuzda açılmasının rayon təhsilinin inkişafında müsbət rol oynağacağını və şagirdlərin, abituriyyentlərin yeni və keyfiyyətli təhsilin mənimsənilməsində əhəmiyyətli rol oynayacağını qeyd etdilər. Eyni zamanda valideyinlər filialda yaradılmış şəraitə görə rəhbərliyə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər