Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə rayon İcra Hakimiyyətində pambığın hazırki vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir.

04 sentyabr 2017 | 11:00

4 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində pambığın hazırki vəziyyətinə və inkişafına həsr edilmiş müşavirə keçirilmişdir. Kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirmişdir.

Müşavirədə “MKT-Ağcabədi” filialının müdiri Şahin Məhərrəmov və “ÇTS – AQRO” MMC –nin müdiri Nazim Ağayev çıxış edərək, pampıqçılıq sahəsində daha yüksək nəticələrə nail olmaq üçün görüləcək işlərdən, lazımi şəraitin yaradılması və bununla bağlı qarşıda duran vəzifələrdən danışıblar.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bu sahənin daha da inkişafı üçün atılacaq addımlardan bəhs edərək, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər