Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.

31 avqust 2017 | 11:00

31 avqust 2017-ci il tarixdə saat 10:30 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun Ali məktəblərə qəbul  olmuş tələbələrlə    görüşü olmuşdur.
  Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Tahir Rzayev, yuxarı bal toplayan tələbələr,onların valideynləri və müəllimləri iştirak etmişdir.
   Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Daha sonra tələbələr Rayon Heydər Əliyev Mərkəzində  xatirə şəkli çəkdirdilər.
   Tədbir Rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir.  Rayon Təhsil şöbəsinin müdiri Solmaz Rəhimova tədbiri açıq elan etdikdən sonra ,Azərbaycan Respublikasının Dövlət himni səsləndi və natiq giriş nitqi ilə  , bütün abituriyent adını qazanan məzunları təbrik etdi və ölkəmizdə təhsilə günü – gündən artan dövlət qayğısından danışdı.Qeyd etdi ki,bu il Ağcabədi camaatı 391 nəfər məzunumuzun tələbə adını qazanması sevincini yaşayır.

Daha sonra Mirzə Fətəli Axundov adına  şəhər  3 saylı məktəb-liseyin məzunu,  700 balla  Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş   Məmmədzadə Arzu Ramil qızı, Köyük kənd tam orta məktəbin məzunu, 680 balla  Azərbaycan Respublikası  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına  daxil olmuş Hacıyeva Aytəkin Qurban qızı,şəhər 9 saylı tam orta məktəbin məzunu, 665 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına  daxil olmuş Sultanov Samir Əli oğlu, Etibar İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin məzunu, 662 balla “ADA” Universitetinə daxil olmuş Xudiyev Rövşən Cabir oğlu, Pərioğullar kənd tam orta məktəbin məzunu, 656 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Abbasov Ziya Əlqan oğlu, Şirin Hüseynov adına şəhər  2 saylı tam orta məktəbin məzunu , 646 balla  “ADA” Universitetinə daxil olmuş Zeynallı Elvin Vəli oğlu, Məhəmməd Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbin məzunu, 642 balla Bakı Dövlət Universitetinə daxil olmuş İsmayılov Yusif Zeynalabdin oğlu, Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbin məzunu, 660 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Sadıqova Afətin valideyni  Sadıqov Arif Cabbar oğlu çıxış edərək tələbə adının qazanan bütün gəncləri təbrik edib,təhsilə göstərilən qayğıya görə  ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Daha sonra Yeni Abituriyent kursunun rəhbəri Şöyüb Səfərov, DİM Bərdə regional şöbəsinin müdiri Samir Əliyev,Ağcabədi rayon prokuroru Salman Səmədov,Azərbaycan Respublikası Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və onların valideynlərini  təbrik etdilər, onlara  yeni başladıqları bu yolda uğurlar və nəaliyyətlər arzuladılar və qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar.
    Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamladı və onlara qədəm qoyduqları bu yolda uğurlar arzuladı. Rayon rəhbəri onu da qeyd etdi ki, 2017-ci ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğısının  gündən – günə daha da artırılmasından irəli gəlir.
    Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayıb fərqlənənləri və valideynləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, get – gedə daha da çoxalmasını qeyd etmişdir.
    Tədbirin yekununda 600- 700 arası   bal toplayan tələbələrə  Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və  hədiyyələri təqdim olunmuşdur.

Keçidlər