Ağcabədi rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağcabədi rayonun “Aqat –aqro “ heyvandarlıq kompleksində damazlıq –seleksiya tədbirlərinə dair respublika seminar- müşavirəsi keçirilmişdir.
08 iyun 2013-cü il tarixdə Ağcabədi rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağcabədi rayonun “Aqat –aqro “ heyvandarlıq kompleksində damazlıq –seleksiya tədbirlərinə dair respublika seminar- müşavirəsi keçirilmişdir.
Seminar –müşavirə saat 12:00 –da başlamışdır. Seminar –müşavirədə şəhər və rayon İcra Hakimiyyəti Başçılarının Aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin rəisləri, dövlət və özəl damazlıq təsərrüfatının başçıları, süni mayalanma texnikləri, şəhər və rayon Baytarlıq idarələrinin rəislərinin iştirakı ilə 54 rayondan 350 nəfər iştirak etmişdir.
Seminar –müşavirədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müavini Aslan Aslanovun iştirak etmişdir.
İlk öncə rayon H.Əliyev adına mədəniyyət və istirahət parkında seminar- müşavirədə iştirak edən qonaqların qeydiyyatı aparılmış, bununla yanaşı onların mədəni istirahətinin təşkili üçün hər bir şərait yaradılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müavini Aslan Aslanov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov H.Əliyev adına mədəniyyət və istirahət parkında olmuş və qonaqlarla görüşmüşdülər.
Daha sonra “ Kral “ şadlıq sarayında nahar təşkil olunmuşdur.
Nahardan sonra müşavirə iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Ziyarətdən sonra tədbir iştirakçıları Ağcabədi rayonun “Aqat –aqro “ heyvandarlıq kompleksində damazlıq –seleksiya işləri ilə bağlı aparılan işlərlə tanış olmuşlar və seminar –müşavirənin praktiki məşğələsi burada başlanmışdır.
Daha sonra seminar –müşavirənin rəsmi hissəsi Y. Məmmədov adına Rayon Mədəniyyət evində davam etdirilmişdir.Seminar –müşavirəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbər işçilərindən biri giriş sözü ilə açmış və seminar – məşğaələnin mahiyyəti və məqsədi haqqında iştirakçılara məlumat verdi.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov seminar – müşavirənin başlanması münasibəti ilə qonaqları təbrik etmiş və daha sonra rayon rəhbəri Ağcabədi rayonunun Ağabəyli kəndindəki “Aqat – aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin heyvandarlıq təsərrüfatında heyvandalığın inkişafı, daha məhsuldar, keyfiyyətli məhsul alınmasında damazlıq –seleksiya işinin həyata keçirilməsini müsbət qiymətləndirmiş, gələcəkdə bu tədbirlərin kənd təsərrüfatı sahəsində inkişafa təkan verəcəyini bildirmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov yekunda bildirmişdir ki, bütün bu görülən, aparılan işlər cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan dövlətinin inkişafına, xalqın gələcək həyatının rifahına xidmət edir.
Sonra hazırlanan video slayd vasitəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov “ Respublikada damazlıq –seleksiya işlərinin vəziyyəti və onu daha da yaxşılaşdırılması tədbirləri haqqında “ məruzə ilə çıxış etdi.
Məruzədən sonra Ağcabədi rayonundakı “Aqat – aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin heyvandarlıq təsərrüfatı haqqında Aqat – aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibinə daxil olduğu “ Atropatena” şirkətinin təsisçisi və sahibkarı Elşad Rəsulov , “ Heyvandarlıq damazlıq – seleksiya işlərinin forma və metodları “ haqqında Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, kənd təsərrüfatı elmləri doktoru, Rusiya kənd təsərrüfatı elmləri akademiyasının akademiki, Respublika Damazlıq şurasının sədri Qəmbər Abdullayev və “Aqat – aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin heyvandarlıq təsərrüfatında damazlıq – seleksiya işinin vəziyyəti barədə” Ağcabədi rayon Sahibkarlar Cəmiyyətinin sədri Mülhazil Balakişiyev çıxış etdilər.
Yekunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müavini Aslan Aslanov çıxış etdi və özəl damazlıq təsərrüfatlarının, süni mayalama texniklərinin bir qrupuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanlarını və pul mükafatını təqdim etdi.
Seminar –müşavirə bununlada işini yekunlaşdırdı.