Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Olimpiya İdman Kompleksində tikinti işləri davam etdirilir

17 avqust 2017 | 11:00

Olimpiya İdman Kompleksinin təməli 7 iyun 2012-ci ildə qoyulub. Sahəsi 5.09 hektardır və 3 mərtəbəli binadan ibarətdir.
Ağcabədi şəhərində 5,09 hektar ərazidə inşa edilən kompleksin ümumi tikinti sahəsi 6796,8 kvadratmetrdir. Baş plana əsasən, Olimpiya binasının A blokunda üzgüçülük zalı, B blokunda kafe-restoran, mehmanxana kompleksi, inzibati idarə, C blokunda 980 nəfərlik universal idman zalı (voleybol, mini futbol, boks), D blokunda mağaza, kafe, məşqçilər üçün otaqlar, G blokunda yay və qış kafesi, E blokunda güləş zalı, H blokunda telekommunikasiya mərkəzi, F blokunda boks və ağır atletika üzrə məşq zalı olacaqdır. Artıq A, B ,C, D, G və E bloklarında monolit dəmir-beton işləri başa çatıb. Universal zalda 50 metrlik fermalar quraşdırılıb.
Həmçinin, kompleksin ərazisində 1000 nəfər tamaşaçı yerlik tribunası olan futbol stadionu, voleybol meydançası, tennis kortu, avtomobil dayanacağı, Olimpiya parkı, kompleksi istiliklə təchiz edəcək qazanxana, transformator yarımstansiyası, nasosxana, içməli və yanğına qarşı su anbarları, gözətçi binası inşa ediləcək, geniş abadlıq işləri aparılacaqdır.
Hazırda idman kompleksinin tikintisi davam etdirilir və bu ilin oktyabr ayında başa çatdırılmağı nəzərdə tutulub.

 

Keçidlər