Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in monitorinq qrupu sərhədyanı bölgədə atəşkəsin pozulması ilə əlaqədar Ağcabədi rayonunda olmuşdur.

07 iyun 2013 | 10:00

 

   06 iyun  2013- cü  il tarixdə saat 10:00  radələrində ATƏT-in monitorinq  qrupunun sərhədyanı bölgədə atəşkəsin pozulması ilə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla  görüşü olmuşdur.
   Monitorinqdə səfir ( Polşa) Anje Kasperşik , səhra köməkçisi ( Bolqarıstan) Xristo Xristov, Müdafiə Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin mayoru Aydın Rəhimov,korpusun nümayəndəsi, mayor Mirzə Məmmədov və N saylı hərbi hissənin nümayəndəsi, mayor Anar Quliyev iştirak etmişdir.
    Görüşdən sonra isə  ATƏT –in monitorinq qrupu üzvləri 161 saylı hərbi hissənin ərazisində  monitorinq keçirəcəkdir.

Keçidlər