Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Bitki Mühafizəsi Mərkəzi kənd təsərrüfatı sahələrində müxtəlif zərərvericilərə qarşı mübarizə işlərini həyata keçirir

16 avqust 2017 | 11:00

Ağcabədi rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, pambıq sahələrində pambığın zərərvericilər olan mənənə və tripsə, tor gənəciyinə və pambıq sovkasına qarşı müşahidələr aparılaraq iqtisadi ziyanlı hədd aşkar olunan sahələrdə kimyəvi mübarizə işləri həyata keçirilir. Müxtəlif preparatlardan istifadə olunaraq həyata keçirilən mübarizənin səmərəliliyi  bu günədək 90 faiz olub.
Mərkəzdən verilən məlumata görə bu ilin yanvar, fevral aylarında “Kraunko” şirkətinə məxsus taxıl sahələrində, Hindarx qəsəbəsi, Avşar, Salmanbəyli, Gələbəddin, Qiyaməddinli, Qaravəlli və digər kəndlərdə siçanabənzər gəmiricilərə qarşı sink fosfid və brodifacoum preparatları ilə kimyəvi mübarizə aparılıb. Kimyəvi mübarizənin səmərəliliyi 89% olub.
May, iyun, iyul, avqust aylarında isə karantin alaq otu olan tikanlı quş üzümünə qarşı Muganlı, Kürdlər və şəhər ərazisində kimyəvi mübarizə işləri həyata keçirilib.
Mübarizə tədbirləri bu gün də davam etdirilir.

Keçidlər