Ağcabədi şəhər “Cümə” məscidi dini icmasında “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı ilə Ağcabədi şəhər “Cümə” məscidi dini icması 15 avqust 2017-ci il tarixdə Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb liseydə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri, müəllimlər və rayon dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayev açaraq ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışıb. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda məruzə edib.
Məruzə ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxış ediblər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb. Tədbirin davamı olaraq iştirakçılara Gənclər Mərkəzində çay süfrəsi təşkil olunub.