Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağcabədidə 160 hektar sahədə meyvə bağları salınacaq

15 avqust 2017 | 11:00

Bu il Ağcabədi rayonu ərazisində 160 hektar sahədə meyvə bağları salınacaq.
Ağcabədi rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bildiriblər ki, artıq yaz mövsümündə 60 hektarda nar, tut və ərik tingləri əkilib. Bundan başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə 0,20 hektarda toxum səpilib. Kökləndirmək üçün 3,5 hektarda 250 min ədəd nar qələmi basdırılıb. 175 kiloqram müxtəlif meyvələrin toxumu tədarük edilib.
Payız mövsümündə 100 hektarda ərik, nar və tut ağaclarının əkilməsi, 0,80 hektarda tinglik, bir hektarda böyütmə sahəsinin (50 min ədəd) yaradılması nəzərdə tutulur.

Keçidlər