Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda qanvermə aksiyası keçirilmişdir.

06 iyun 2013 | 10:00


05 iyun 2013-cü  il tarixdə saat 10:00–da Ağcabədi rayonu Mərkəzi xəstəxanasında  qanvermə aksiyası keçirilmişdir.
    Bu xoşməramlı  missiyanın keçirilməsinə əsas səbəb qan xəstəliklərindən (hemofiliya, talassemiya və leykimiya) əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qisməndə olsa qarşılamaqdır.
    Ağcabədi rayonunda  xeyirxah bir ənənə  halını almış qanvermə aksiyasında   Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, aparat strukturu, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər ümumiyyətlə sağlamlıq məhdudiyyətləri olmayan hər bir kəs iştirak etmiş və sosial məsuliyyət tədbirində öz vətəndaşlıq məsuliyyəti ilə xeyirxah amallara xidmət edən bu aksiyanın iştirakçısı  olmaq istəmişdir.
   Tədbirdə 550 nəfər iştirak etmişdir.

Keçidlər