Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Gənclər Günü ilə əlaqədar olaraq fəal gənclərin iştirakı ilə Ağcabədi rayon Gənclər Mərkəzində tədbir keçirilib

12 avqust 2017 | 11:00

Tədbir Ağcabədi rayon Gənclər Mərkəzində çay süfrəsi ətrafında müzakirə ilə başlayıb. Qeyd olunub ki, hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qərara alınmışdır.
Bundan başqa bildirilib ki, hər il fevralın 2-ni isə Azərbaycan gəncləri öz bayramları kimi böyük təntənə ilə qeyd edirlər. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanmışdır.
Daha sonra Mərkəzdə gənclər üçün müxtəlif əyləncələr təşkil edilib. Sonda tədbir iştirakçıları üçün nahar süfrəsi açılmışdır.

Keçidlər