Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlət başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı ümumrayon yığıncağı keçirilib

09 avqust 2017 | 11:00

9 avqust 2017-ci il tarixdə Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı ümumrayon yığıncağı keçirilib.
Barama və pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov məruzə ilə çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib.
Ş.Məmmədov qeyd edib ki, uzun fasilədən sonra ötən il ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə rayonun 37 inzibati ərazi dairəsində 48 kümçü tərəfindən 3675 kiloqram yaş barama istehsal olunduğunu bildirən rayon İcra Hakimiyyətinin başçısı, bu göstəricinin növbəti ildə daha da artdığını vurğulayıb. Belə ki, 2017-ci ildə 350 qutu (6650 qram) ipək qurdu 228 kümçüyə verilib, rayon üzrə 16 min 761 kiloqram yaş barama istehsal olunub. Əlavə olaraq gələcəkdə barama istehsalını artırmaq məqsədilə rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 50 min ədəd, 23 min 700 ədəd yerli, cəmi 73 min 700 ədəd çəkil ağacı əkilib, məhsuldar mor tut ağaclarından toxum tutularaq 6609 kvadrat metr sahəyə səpilib.
Yığıncaqda pambıqçılığın inkişafından da bəhs edilib. Qeyd olunub ki, əgər 2016-cı ildə rayon ərazisində 3661 hektar sahədə pambıq əkilmişdisə, bu il 9492 hektara çatdırılıb ki, bu da ötən illə müqayisədə 2,6 dəfə artıq olub. 2016-cı ildə 8852 ton məhsul istehsal olunub, məhsuldarlıq 24,2 sentner təşkil edib.
Həmçinin, 2017-ci ildə rayonun taxıl istehsalında da məhsuldarlığının yüksək olduğu vurğulanıb. Rayonun şəhər, qəsəbə və kəndləri üzrə taxılın məhsuldarlığı 41,8 sentner olsa da, “KRAUNKO-R” MMC üzrə məhsuldarlıq 21,3 sentner olduğu üçün rayon üzrə hər hektardan məhsuldarlıq 37,1 sentner təşkil edib.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının Şənlik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qəşəm Behbudov, Salmanbəyli kəndindən kümçü Ələmdar Abbasov, şəhər ərazisindən fermer İsgəndər Hüseynov, Pərioğullar bələdiyyəsinin sədri Mansur Quliyev, “Elit” taxıl toxumçuluq təsərrüfatının rəhbəri Rizvan Şıxəliyev də çıxış edərək baramaçılıq, taxılçılıq və pampıqçılıq sahəsində daha yüksək nəticələrə nail olmaq üçün görüləcək işlərdən, lazımi şəraitin yaradılması və bununla bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bu sahələrin daha da inkişafı üçün atılacaq addımlardan bəhs edərək, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini vermişdir.
Yığıncaqda yüksək nəticə göstərən bir qrup kümçü və fermerə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyə verilib.

Keçidlər