Ağcabədidə abadlıq-quruculuq işləri davam etdirilir
09 avqust 2017 | 11:00
Hazırda Ağcabədi şəhərində mərkəzi prospektin hasarlarının yenilənməsi istiqamətində işlər həyata keçirilir.
2017-ci ilin aprel ayından şəhərin Heydər Əliyev prospektində hasarların aqlay materialı ilə üzlənməsi və şəbəkəyə yığılaraq içərisinə dekorativ üzlüyün vurulması işlərinə başlanılmışdır. Belə ki, Ağcabədi şəhərinin daha da gözəlləşməsi məqsədilə mərkəzi prospektdə aparılan abadlıq işləri hal hazırda tikinti norma və qaydalarına əməl olunmaqla davam etdirilməkdədir.