Şriftin ölçüsü :

Saytın rəngi :

Əlilliyi olan şəxslərin hüquqlarına dair növbəti ictimai maarifləndirmə tədbiri Ağcabədi rayonunun Hindarx qəsəbəsində keçirilib

14 iyul 2017 | 11:00

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihəsinin icrasını uğurla davam etdirir.

Bu günlərdə həmin layihə çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının Qadınlar şurası ilə birgə Ağcabədi rayonu X.Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbində keçirib.

Tədbirdə Ağcabədi RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Ceyhun Mamedov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova, RİH-in Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Qasımov, qəsəbədə fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimləri, bələdiyyə üzvləri, tibb işçiləri, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin nümayəndələri, qəsəbə sakinləri, müharibə veteranlları, əlilliyi olan şəxslər və s. iştirak ediblər.

Birliyin sədri Ramilə Rasimqızı tədbirdə giriş sözü ilə çıxış edərək iştirakçıları salamladıqdan, rəhbərlik etdiyi layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə onlara ətraflı məlumat verdikdən sonra belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Ağcabədi Rayon İcra Hakimiyyətinə, YAP Ağcabədi rayon təşkilatına və X.Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib.

Şuranın dəstəyi ilə icra edilən layihənin əsas məqsədinin - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Ağcabədi RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Ceyhun Mamedov və YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosal problemlərinin həlli sahəsində rayon rəhbərliyi tərəfindən həyata keçirilən fəaliyyət və qarşıda duran vəzifələr barədə məlumat vermiş, regionlarda bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyası baxımından mühüm önəm kəsb edən yüksək ixtisaslı pedaqoji kadrlara, o cümlədən psixoloqlara, sosial işçilərə və digər reabilitasiya mütəxəssislərinə, müasir avadanlıqlarla təchiz olunmuş xüsusi təhsil müəssisələrinə böyük ehtiyac yarandığını, buna görə də yaxın gələcəkdə bu istiqamətdə dövlətimiz tərəfindən müvafiq addımların atılacağına ümidvar olduqlarını vurğulamışlar.

Daha sonra əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə layihənin eksperti tərəfindən iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda əlillik məsələlərinə dair milli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş bəzi terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən görülən işlərdən haqqında söhbət aparılıb, həmçinin müzakirələr zamanı iştirakçılar tərəfindən verilmiş çoxsaylı suallar cavablandırılıb.

Əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların sosial-hüquqi müdafiəsi və onların reabilitasiyası məsələlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olan məsələlələrdən olduğu böyük minnətdarlıq hissi ilə qeyd edilib.

Tədbirdə çıxış edən qəsəbə ziyalıları əhali arasında əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına xidmət edən belə bir ictimai maarifləndirmə tədbirinin Ağcabədi rayonunun kənd və qəsəbə fəallarının iştirakı ilə keçirilməsini yüksək qiymətləndirdiklərini, buna görə də Şuraya və təşkilatçılara təşəkkür ediklərini bildirmişl

Keçidlər