Şriftin ölçüsü :

Saytın rəngi :

“05 Iyun – Meliorator Günü” peşə bayramı münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilmişdir.

06 iyun 2013 | 10:00

 

   05 iyun 2013-cü  il tarixdə saat 10:00–da Ağcabədi Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önündə  “05 Iyun – Meliorator Günü” peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
    Tədbir iştirakçıları ilk öncə Rayon  İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
     Daha sonra tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov çıxış edərək  bildirdi ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev hər ilin iyun ayının 5-nin meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı - Meliorator günü kimi təsis edilməsi haqqında sərəncam imzalaması  ölkə rəhbərinin  melioratorların müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu gün rayonumuzda gedən sosial –iqtisadi inkişafdan, abadlıq – quruculuq işlərində meliorator işçiləri öz fəaliyyətləri ilə  heç də geri qalmırlar. Kənd təsərrüfatında suvarmanı səmərəli  və vaxtında  həyata keçirməkdə sizlərin əməyi danılmazdır. Yeni su quyularının qazılması, kanalların, arxların hər il  lildən təmizlənməsi suvarmada daha yaxşı iş əldə etməyə kömək edir.
    Rayon  Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov yekunda bu bayram günündə  Rayon Suvarma Sistemləri İdarəsinin, SQİİ -nin, Meliorasiya və Melioservis müəssisələrinin  işçilərinin bayramlarını təbrik etdi və onlara gələcək işlərində , rayonun abadlıq – quruculuq işlərində uğurlar arzuladı.
   Sonda səmərəli fəaliyyətinə görə bir qrup meliorator işçisinə  Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı  verildi.
    Tədbirdə  95 nəfər iştirak etmişdir.

Keçidlər