Ağcabədi rayon prokurorluğunda müşavirə keçirilmişdir
18 iyul 2017- ci il tarixi, saat 12-00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Baş Prokurorluğun Kollegiyasının üzvü, Azərbaycan Respublikası Baş prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanovun sədrliyi və Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ramil Məcidov, Baş prokurorun köməkçisi Tural Yusifovun iştirakı ilə Ağcabədi, İmişli, Bərdə, Ağdam, Beyləqan, Zərdab, Tərtər, Füzuli, Xocavənd və Laçın prokurorluqları tərəfindən 2017-ci ilin birinci yarımilındə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.