Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağcabədidə 3333 baş heyvan süni mayalandırılıb

07 avqust 2017 | 11:00

Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Ağcabədi Rayon Kənd Təsərrüfatı İdarəsinin sektor müdiri Etibar Mamedov  bildirib ki, heyvandarlıq məhsulları istehsalının artırılmasına nail olmaq üçün süni mayalandırma işi uğurla həyata keçirilir. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 8 süni mayalanma texniki tərəfindən 3333 baş inək və düyə süni yolla mayalandırılıb, 1087 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.

Keçidlər