Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə buğda sahələrində məhsuldarlıq 39, arpa zəmilərində isə 28,9 sentner təşkil edib.

28 iyul 2017 | 11:00

Ağcabədi rayonunda taxıl biçini başa çatdırılıb.

Bu günədək 3565 hektarda arpa, 15 160 hektarda buğda biçilib, 69 434 ton məhsul tədarük edilib. Hər hektarın məhsuldarlığı buğda sahələrində 39 sentner, arpa zəmilərində isə 28,9 sentnerdir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Ağcabədidə 18 725 hektar sahədə taxıl becərilib. Bunun 15 160 hektarı buğda, 3565 hektarı arpa zəmiləridir.

 

Keçidlər