2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilib
01 iyul 2017-ci il tarixdə Ağcabədi rayonunda “2 iyul - Polis işçilərinin peşə bayramı günü” münasibəti ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etdiər.
Ağcabədi rayon Polis şöbəsinin rəisi Məhəmməd İbrahimov tədbiri açaraq polis əməkdaşlarını təbrik etdi və bildirdi ki, bu gün Azərbaycan polisinin yaradılmasından 99 il ötür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov da çıxış edərək bildirmişdir ki, bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin bayramıdır. Bu münasibətilə bütün polisləri təbrik edən rayon rəhbəri qeyd etmişdir ki, doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf edir. Amma yenidən Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təbrik məktubu oxunmuş, bir neçə polis əməkdaşına yeni rütbələr təqdim edilmişdir.
Həmçinin, rayonda ictimai asayişın mühafizəsində nümunəvi xidmətlərinə görə fərqlənən bir qrup polis işçisinə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı verilmişdir.
Yekunda tədbir iştirakçıları Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət etdi və Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış oldular.