Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir olmuşdur.
26 iyun 2017-ci il tarixdə Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr günü münasibəti ilə rayon ərazisində yerləşən bütün hərbi hissələrdə tədbirlər keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı ,hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə və müəssisə rəhbərləri,Qarabağ əlilləri,veteranları,əməkdar müəllimlərin,dövlət qulluqçularının və digər işçilərin iştirak etdiyi tədbirlərdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov qeyd etdi ki,əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.
Bu gün Respublikamızın hər bir guşəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Milli Ordumuzun müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı olması, Xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısı olduğu vurğulanmışdır.
Daha sonra fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.
Yekunda Üzeyir Hacıbəyli adına şəhər uşaq incəsənət məktəbinin kollektivi bayram konserti ilə əsgərlər qarşısında çıxış etdilər.