Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının VIII konfransı olmuşdur.
30 may 2013-cü il tarixdə saat 11:00–da Ağcabədi rayonu Y. Məmmədov adına Mədəniyyət Evində Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının VIII konfransı olmuşdur.
Konfrans öncəsi Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş,abidə önünə tər çiçək dəstələri düzülmüşdür.
Konfransda YAP idarə heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova , YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Azərbaycan Respublikası Milli Məclis deputatı Tahir Rzayev və YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak etmişdir.
Konfransda 98 ilk partiya təşkilatından seçilmiş 307 nəfər nümayəndə və dəvət olunmuş qonaqlar iştirak etmişlər.
Konfrans öz işinə başlamazdan əvvəl konfrans iştirakçıları dünya şöhrətli siyasətçi, Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlamışdır.
Daha sonra Konfransın katibliyi seçilmiş və gündəliyi təstiq edilmişdir. Gündəlikdə aşağıdakı məsələlər müzakirəyə qoyulmuşdur.
1. YAP Ağcabədi rayon təşkilatının VII konfransdan sonrakı fəaliyyəti haqqında hesabat ( dekabr 2011) Məruzəçi: YAP Rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov
2. YAP Ağcabədi rayon təşkilatının Nəzarət Təftiş Qrupunun hesabatı –
Məruzəçi: Nəzarət Təftiş Qrupunun sədri Vaqif Qarayev
3. Təşkilatı məsələ
- Rayon təşkilatının şurasının yeni tərkibinin seçilməsi
- Rayon təşkilatının İdarə Heyətinin seçilməsi
- Rayon təşkilatının Qadınlar Şurasının yeni tərkibinin seçilməsi
- Rayon təşkilatının Gənclər Birliyinin yeni tərkibinin seçilməsi
- Rayon təşkilatının sədrinin seçilməsi
- Rayon təşkilatının Nəzarət Təftiş Qrupunun seçilməsi
Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələrin seçilməsi
Konfransın gündəliyi təsdiq olunduqdan sonra isə YAP Rayon təşkilatının sədr müavini Nazim Bünyatovun məruzəsi dinlənilmişdir.
YAP Rayon təşkilatının sədr müavini Nazim Bünyatov çıxışında Konfrans iştirakçılarını bu əlamətdar gün münasibəti ilə 8577 nəfər YAP Ağcabədi rayon təşkilatının üzvü və öz adından təbrik etmişdir.
O, çıxışında bildirmişdir ki, Ağcabədi rayonunun hər bir sakini, hər bir partiya üzvü dünya siyasətçiləri arasında böyük nüfuz qazanmış, ölkə Prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləyir.
Məruzəçi çıxışında onu da qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş, müstəqillik yoluna çıxarmış, beynəlxlaq aləmdə nüfuzumuzu yüksəldən idarəetmə sistemi gələcək fəaliyyətimiz üçün proqram kimi qəbul edilməlidir.
Sonra isə Məruzə ətrafında çıxışlara başlanılmışdır. Çıxış edənlər YAP rayon təçkilatının fəaliyyətindən, rayonun ictimai-siyasi həyatında iştirakından və gənclərin Yeni Azərbaycan Partiyası sıralarında nüfuzunun və rolunun artırılmasının vacibliyindən bəhs etmişlər.
Məruzə ətrafında aşağıdakılar çıxış etmişdilər:
Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva
YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev
YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının üzvü Naibə Mustafayeva
6 saylı ərazi ilk partiya təşkilatının sədri Əli Bədəlov
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının VIII konfransının qərar hissəsi oxunmuş və təşkilatın fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Daha sonra çıxış üçün söz YAP Siyasi Şurasının üzvü Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova verilmişdir.
O, çıxışında YAP-ın yaranması barədə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyəti barədə və YAP-ın respublikamızın ictimai siyasi həyatıdakı rolu barədə geniş məlumat vermişdir.
Şahin Məmmədov onu da qeyd etmişdir ki, Ulu Öndərimiz, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Dövlətçiliyinin banisi, müstəqil Azərbaycanın qurucusu, Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi kurs Ulu Öndərin Siyasi varisi Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və etdiriləcəkdir.
Sonra isə çıxış üçün söz Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini Bahar xanım Muradovaya verilmişdir.
O, çıxışında Konfrans iştirakçılarını salamlamış və Konfransın işini yüksək qiymətləndirərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü müasir dünyanın bu günki mürəkkəb siyasi vəziyyətində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini bütün sahələrdə proqram sənədi kimi qəbul edib həyata keçirməli və eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılması və inkişafı naminə cənab Prezidentin daxili və xarici siyasətini daima dəstəkləməlidir.
Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət hazırlanmış və oxunmuşdur.
Tədbirdə 340 nəfər iştirak etmişdir .
.