Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində növbəti dəfə kurs və dərnəklərin buraxılış tədbiri keçirilib

21 iyun 2017 | 11:00

          20 iyun 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin yekun tədbiri keçirilmişdir. Öncə tədbir iştirakçıları foyedə təşkil edilmiş sərgidə  dərnək üzvlərinin əl işləri ilə tanışlıq olmuşdur.
     Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbiri giriş sözü ilə açaraq  mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat vermiş və bildirmişdir  ki, burada fəaliyyət göstərən dərnəklər əhalinin tələbatına uyğun olaraq yaradılmışdır. “Maraqlar üzrə əl işləri”, “Həvəskar aktyorluq və bədii qiraət”, “Tikiş”, “Toxuculuq”, “Rəssamlıq” və “Xalçaçılıq” dərnəklərində hər il ümumilikdə 200-ə yaxın uşaq, gənc və orta yaşın nümayəndələri müxtəlif peşə və bacarıqlara yiyələnirlər. Eyni zamanda dərnək üzvləri  ilə birgə keçirilən müxtəlif səpgili tədbirlər, film nümayişləri, təbliğatyönümlü söhbətlər  onların vətənpərvər gənclik kimi yetişməsinə  böyük şərait yaradır.
      Sonra çıxış edən Həvəskar aktyorluq və bədii qiraət dərnəyinin rəhbəri Gündüz Sevindik, Y.Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev, Xalçaçılıq dərnəyinin rəhbəri Tahirə İsmayılova, Ağcabədi rayon İcra Hakimiyyətinin  İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Mamedov  mərkəzdəki  kurs və dərnəklərin əhəmiyyətindən söz açaraq buranı müvəffəqiyyətlə bitirənlərə uğurlar arzuladılar.
      Daha sonra “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvləri Aytac Hümbətova,  Ülvi Nəcəfli, Heydər Məmmədov, Vahid Məmmədli və Elgün Quliyevin ifasında şeirlər  səsləndi. Şəhər 5 saylı körpələr evi uşaq bağçasının balaca fidanları öz rəqsləri ilə,  Ü.Hacıbəyli adına şəhər uşaq incəsənət məktəbinin müəllimi Humay Əsədova isə gözəl piano ifası ilə tədbirə rəng qatdılar.
    Yekunda kurs və dərnəkləri uğurla başa çatdıranlara sertifikatlar təqdim edildi.

Keçidlər