Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2017 | 11:00

İyunun 17-də Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir kecirilmişdir.Tədbir iştirakçıları əvvəlcə Rayon  İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər  Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ümummilli Liderin əziz   xatirəsini yad etdilər.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva çıxış edərək bildirdi ki, 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir və bu günün səhiyyə işçilərinin  peşə bayramı kimi qeyd olunması da elə bu amillə bağlıdır.
1918-ci il iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçib. Bu qərar o zaman yenicə qurulmuş demokratik respublikanın ilk qərarlarından idi. Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin nəzarətində olan və daimi inkişaf edən bir sahə olub.
Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qaygıdan bəhs edərək, bu siyasətin bu gün də uğurla  davam etdiyini bildirmişdir .
Sonda fərqlənən səhiyyə işçilərinə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.

Keçidlər