28 May- Respublika gününə həsr olunmuş AMİ –nin Ağcabədi filialında tədbir keçirilmişdir.
27 may 2013-cü il tarixdə saat 11:00–da Ağcabədi rayon Şəhidlər Xiyabanında və Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında 28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbir 2 hissədən ibarət olmuşdur. Tədbirin birinci rəsmi hissəsi saat 11: 00 –da tədbir iştirakçıları Şəhidlər Xiyabanında Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.
Tədbirin ikinci hissəsi saat 12:00 –da AMİ-nin Ağcabədi filialının iclas zalında olmuşdur.
Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktor əvəzi, dosent Mətanət Fərzəliyeva açaraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmiş və Cümhuriyyəti quranların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra vurğuladı ki, 1918- ci il mayın – 28- də yaranmış Azərbaycan Demokrat Respublikasının siyasi varisi olan müasir Azərbaycan Respublikası 1991- ci ildə öz müstəqilliyini tam qazanmış, qoruyub saxlayaraq, bu gün Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir dünyamızda öz layiqli mövqeyini qazanmış, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünyanın inkişaf etmiş ölkələri sırasında özünəməxsus yerini tutmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialın Ictimai Təbiət Fənnləri və onların tədrisi kafedrasının dosenti Məhəmməd Hüseynov məruzə ilə çıxış etmiş və daha sonra filialın Ümumi Fənnlər kafedrasının dosent əvəzləri, fəlsəfə elmləri doktoru Tahir Kərimli, Mahir Səlimov və Ictimai Təbiət Fənnləri və onların tədrisi kafedrasının dosent əvəzi Yaqub Səmədov məruzə ətrafında çıxış edərək Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliyyəti geniş təhlil edərək vurğuladılar ki, bu dövlət Azərbaycan xalqının milli mənlik şüurunu özünə qaytarmış və xalqın çoxəsrlik dövlətçilik ənənəsinin olduğunu vurğulamışdılar.
Yekunda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək, 28 may - Respublika günü münasibəti ilə Ağcabədi rayon ictimaiyyətini təbrik etmiş və qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurmuşdur. Bugün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə , tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir.Bu gün müstəqillik yollarında Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikası günü – gündən güclənir, bütün sosial sferalarda böyük uğurlara imza atır. Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurla davam etdirildiyini bildirərək , tədbir iştirakçılarını bayram günü münasibəti ilə bir daha təbrik etmişdir.
Tədbirdə 200 nəfər iştirak etmişdir.