İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” ndə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1 İyun Uşaqlaqrın Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” ndə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün 1 İyun Uşaqlaqrın Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə ARİH əməkdaşı Təyyar Hacıyev,YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov,Samir Məmmədov, 5saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva və 2 saylı körpələr evi-uşaq baxçasının direktoru Səadət Həsənova iştirak etmişdir.
Tədbiri GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı açaraq uşaqları bayram münasibətlə təbrik etmişdirş O vurğulamışdır ki, 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-i uşaqların müdafiəsinə həsr edilmişdir.Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
Digər çıxış edən natiqlər də uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.
Tədbir “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və 5 saylı tam orta məktəbin balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaratdı.