Şriftin ölçüsü :

Saytın rəngi :

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib

01 iyun 2017 | 11:00

01 iyun 2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva uşaqları təbrik edərək qeyd edib ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil. Çünki, müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini söyləyən natiq onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-presidenti, eyni zamanda Heydər Əliyev Fondunn prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.
Daha sonra tədbir Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam etdirilib.

Keçidlər