23 may 2013- cü il tarixdə saat 11:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
23 may 2013- cü il tarixdə saat 11:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərova tədbiri açaraq ekologiya sahəsində çalışan bütün işçiləri bu bayram münasibətilə təbrik etmişdir. Leyla Əsgərova bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Daha sonra çıxışının yekununda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərova rayonda ekologiya sahəsində çalışan bütün insanları bird daha təbrik etmiş və onlara fəaliyyətlərində sonsuz uğurlar, nailiyyətlər arzulamışdır.
Tədbirdə 35 nəfər iştirak etmişdir.