"İnkişaf Naminə İdman" İçtimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi "Günərzi Qayğı Mərkəzi"ndə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1 iyun uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə tədbir keçirilmişdir.
01 iyun 2017 | 11:00
Tədbirdə Ağcabədi şəhər 11 saylı məktəbin direktor müavini Sadiyə Turabova, Kamran Tahirov, məktəbin Psixoloqu Sevda Gülmalıyeva və, 5 saylı uşaq bağçasının müdiri Şərafət Hüseynova iştirak etmişdir.
Qonaqlar 1 iyun Beynəlxalq müdafəsi günü münasibətilə uşaqları təbrik etmiş, onlara parlaq gələcək arzulamışlar.
Bayram tədbirində uşaqlar şerlər söyləyib, səhnəciklər göstərib, reqslər ifa etmişlər.
Tədbirə 11 saylı məktəbin 1-ci sinif və 5 saylı uşaq baxçasının bir qrup şagirdlərini şerləri və reqsləri ilə rəng qatmışlar.
Sonda Ağcabədi Günərzi Qayğı Mərkəzinin rehbəri Guler Cəfərova Ulu öndər H. Əliyevin "Uşaqlar bizim gələcəyimizdir" kəlamı ilə yekunlaşdıraraq, qonaqlara təşəkkürünü bildirib.