Kitab Bayramı.
“Azərbaycan Kitabxanaları Azərbaycan xalqının Milli sərvətidir”.
İlham Əliyev
31 may 2017-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon MKS-də Ümummilli liderimiz Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş IX Kitab Bayramı keçirilmişdir.
Tədbir iştirakçıları MKS-nin təşkil etdiyi kitab sərgilərinə baxış keçirdi. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Təranə Məmmədova açdı. O, iştirakçılarımızın nəzərinə çatdırdı ki, Ümummilli liderimiz Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir içində ənənəvi Kitab Bayramı mühüm yer tutur.
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov toplantı iştirakçılarını salamladı. O, öz çıxışında bildirdi ki, Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində olan bütün müəssisələrdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu günkü Kitab Bayramıda həmin tədbirlərin yekunudur.
Vüqar Qədirov eyni zamanda, müasir Azərbaycan Respublikasının yeni Dövlət quruculuğu illərində bəşər həyatının bütün sahələrinə sirayət edən qlobal informasiyalaşma prosesləri Milli mədəniyyətimiz, bilik, elm, tədris və informasiya təminatçısı olan kitabxanaların rolunun artmasından danışdı. Elm, texnika nə qədər inkişaf etsədə kitabxanalara, kitaba oxucu tələbatının daima qalmasını diqqətə çatdırdı.
Tədbirdə 2000-ə yaxın müxtəlif adda kitablar və elektron nəşrlər nümayiş etdirildi. Eyni zamanda “Azərbaycanın özü qədər əbədi”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Ağcabədidə Turizmi”, “Ağcabədi Şəhidləri” başlıqlı foto-stendlər və müxtəlif başlıqlı - “Yaddan çıxmaz Qarabağ”, “Nizami Gəncəvi – 875”, “Nurlu ideyaları yaşayan insan”, “Şəhid vətən deməkdir”, “Tarix qəhrəmanlığı unutmur”, “Narkomaniyaya yox deyək”, “2017-ci il İslam həmrəyliyi ilidir”, “Molla Pənah Vaqif 300”, “Keçmişimizi unutmayaq”, “Yeni kitablar”, “Nağıllar aləminə səyahət”, “Səsli nağıllar” və s. başlıqlı sərgilər nümayiş etdirilimişdir.
Tədbirdə Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin Baş məsləhətçisi Azər Əliyev,, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsinin müdiri Əlizadə Nəcəfov, N saylı Hərbi hissənin zabit Yusif Nəcəfov,, Mədəniyyət Mərkəzinin müdiri Məzahir Mehdiyev və başqaları çıxış etdilər.
Tədbirdə Ağdam və Laçın rayonun Kitabxana Sistemlərinin əməkdaşları da yaxından iştirak etdilər.
Tədbirdə Azərbaycana, Ümummilli liderimizə, Milli Ordumuza, Şəhidlərə, Kitaba həsr edilmiş şeirlər söyləndi. Şəhər 6 saylı Uşaq bağçasının və Günərzi Qayğı Mərkəzinin körpələri və 2, 7, 8, saylı məktəblərin şagirdləri tərəfindən hazırlanmış kompozisyalar nümayiş etdirildi.
Nağıllar aləminə səyahət başlıqlı kompozisiya uşaqların çox xoşuna gəldi. Nağıl nənənin danışdığı Qırmızı papaq nağılını böyük həvəslə dinlədilər.
Tədbir Muğam Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.
Sonda MKS-nin direktor müavini Təranə Məmmədova Tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.