Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılıq və baramaçılıq sahəsində görüləcək işlərə dair iclas keçirilmişdir

29 may 2017 | 11:00

29 may 2017-ci il tarixdə saat 17:00-da Ağcabədi rayon İcra Hakimiyyətində rayonda kənd təsərrüfatı sahəsinə həsr olunmuş iclas keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon Polis şöbəsinin rəisi, kənd sahə müvəkilləri, Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibatı ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, rayonun bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə məlumat vermişdir. O qeyd edib ki, bu il rayon ərazisində 9483 hektar sahədə pampıq əkini üçün müqavilə bağlanıb və çiyid səpini həyata keçirilib. Eyni zamanda 350 qutu barama (6650 qram ipək qurdu mücrəsi) gümçülərə paylanmışdır. Pambıqçılıq və baramaçılığın inkişafının sakinlərin işlə təminatında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən rayon rəhbəri yüksək məhsuldarlığın əldə edilməsi üçün  bu sahədə görüləcək işlərə dair öz tapşırıq və tövsiyələrini vermişdir.
İclasda həmçinin, Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamın müvafiq bəndlərindən irəli gələn vəzifələri tədbir iştirakçılarının nəzərəinə çatdırmışdır.

Keçidlər