Şriftin ölçüsü :

Saytın rəngi :

Əlifba bayramı

31 may 2017 | 11:00

Ağcabədi şəhəri  M.Əsədov  adına 5 saylı tam orta məktəbin  Ia sinif  şagirdləri 27 may sinif müəllimi  Zeynəb Fərzəliyevanın təşkilatçılığı  ilə  əlifba bayramını qeyd etdi. Tədbirdə R.T.Ş -nın müdüri  Solmaz xanım Rəhimova ,məktəbin direktor əvəzi F.Allahverdiyeva ,direktor müavini T.Məmmədova, təşkilatçı müavin N.Nəsirova ,müəllim kollektivi və valideyinlər iştirak edirdi.Əlifba bayraminda birincilərlə bərabər  tələbə adını qazanmış XI-lər də  iştirak etmişdi.
      Açılış birincilərin ifasında  Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.Məktəbin X sinif şagirdi Lalə Fərzəliyeva tədbir iştirakçılarını salamlayaraq tedbiri açıq elan etdi.Sözü əlifba bayramının qonağı olan Solmaz xanım Rəhimovaya söz verildi .Solmaz xanım öz çıxışında rayon təhsilinin inkişafindan söz açaraq bildirdiki 30 aprel 2017 -ci il tarixdə şagirdərin keçid balını toplayaraq yüksək nəticə gostərmələri çox yaxşı haldır ve bu hal 5 saylı məktəbin şagirdlərindədə özünü göstərmişdir. Solmaz müəllim məktəbin birincilərini eləcədə valideyinlərini  əlifba bayrami münasibətiylə tebrik etdi və gələcək üçün uğurlar arzuladı.
        Birinci sinif şagirdləri vətən haqqında şeirlər, maraqlı fikirlər,hikmətli sözlər dedilər.
       Sonra söz məktəbin direktor əvəzi F.Allahverdiyevaya verildi .O, öz çıxışında ardıcıl olaraq 5 saylı məktəbdə keçirilən tədbirlər  şagirdlər üçün nə qədər xoş olsada eləcədə məktəb rəhbəri  müəllim kollektivi üçündə bir o qədər maraqlı ve əyləncəlidir.F.Allahverdiyeva birincileri təkçə əlifba bayramı günü münasibəti ilə deyil,həmdə 28 may Respublika günü  və həmçinin 1 iyun uşaqlar günü münasibətiylə təbrik edərək onlara  xoş gün ,sağlam və firavan həyat arzuladı.
          Əlifba bayramı üçün birincilər hazırladıqları səhnələri “Cırtdan və uşaqlar”,  “Turpun nağılı” ,  rəqslərdən “ Nəlbəki”, “Cücələrim” , “Ağıllı kuklam və Valsı” oynayaraq tədbiri dahada rəngarəng etdilər .
        Daha sonra məktəbin direktor müavini T.Məmmədova çıxış edərək birincilərlə daha uğurlu fəaliyyət arzuladı və I ve XI –ləri rəqsə dəvət etdi .
Sonda birincilər  bayram tortunu kəsərək ağız şirinliyi ilə rəqs edərək tədbiri sona çatdırdılar.

Keçidlər