Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir

31 may 2017 | 11:00

Ağcabədi rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin 2017-ci il üçün birgə razılaşdırılmış tədbirlər planına  əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda ikinci tədbir keçirilmişdir. Tədbiri Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva açaraq  məruzə üçün sözü Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədova verdi. Salman Səmədov İslam dininin əsl dəyərlərini və fəlsəfəsini izah etdikdən sonra, vəhhabilik, nurçuluq, yahova şahidləri, nəqşibəndilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanların həyatı üçün təhlükəli olması və İslam dəyərlərinə uyğun olmaması ilə bağlı məlumat verdi. Məruzə ətrafında Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, filialın direktoru dos. M.Fərzəliyeva, tarixçi alim dos. M.Hüseyinov və mütəlif kurslarda təhsil alan bir neçə tələbələr çıxış etdilər. Tədbirdə tələbələr tərəfindən verilmiş suallar da cavablandırıldı.

Keçidlər