Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ağcabədi rayonunda ictimai dinləmələr keçirmişdir.

22 may 2013 | 10:00

 

    21 may  2013-cü  il tarixdə saat 15:00–da Ağcabədi rayonu Y. Məmmədov adına Mədəniyyət Evində  “Azərbaycan Respublikası İnsan  hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyətinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmələr olmuşdur.
     İctimai dinləmədə İcra Hakimiyyəti, məhkəmə, prokurorluq, polis, orqanlarının, dairə seçki komissiyaları və bələdiyyələrin, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatları, qadınlar, gənclər, müəllimlər, digər ziyalılar, şəhər və kənd sakinlərinindən cəmi 350  nəfər  iştirakı etmişdir.
      Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbiri açaraq, Ombudsmanı salamlamış və bu ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Milli Fəaliyyət Planının icrası məqsədilə vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirildiyini, kəndlərdə müntəzəm olaraq səyyar qəbulların təşkil edildiyini vurğulamışdır. O, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Ağcabədi də  sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir.    
    Rayon rəhbəri son dövrdə rayonda tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən Heydər Əliyev meydanında abadlıq işləri aparılmasını, Heydər Əliyev prospektində yerləşən müasir tipli Qonaq evinin və Ü.Hacıbəyli prospektində yerləşən  150 yerlik uşaq bağçasının binasının tikilib başa çatdırılmasını, Olimpia Kompleksinin ,Yeni Azərbaycan Partiyasının inzibati binasının, Gənclər Mərkəzinin və digər obyektlərin tikintisinin davam etdirilməsini  qeyd etmişdir.
     Rayon rəhbəri çıxışının sonunda bildirdi ki, 2013- cü ilin Prezident seçkiləri ilidir. Biz ağcabədililər həmişə  olduğu kimi, bu ildə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz  İlham Əliyev dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı  İlham Əliyevə səs verəcəyik.
     Daha sonra  Milli Fəaliyyət Proqramının  icrası vəziyyəti və qarşıda duran vəzifələrə dair vəziyyətinin öyrənilməsi mövzusunda çıxış edən Ombudsman Elmira Süleymanova respublikamızda insan hüquqları sahəsində ilk proqramın - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Ümummilli  lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyini və müvafiq sahədə  önəmli rol oynadığını, o cümlədən ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramının 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər, tədbirlər və vəzifələr müəyyən etdiyini, aparılan demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halının daha da yaxşılaşdığını nəzərə çatdırmışdır.
    Elmira Süleymanova 2013-cü ili Azərbaycanda Prezident seçkiləri ili kimi vurğulayaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, ölkə Prezidentinin seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq Sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd etmiş, əhalinin seçkilərdə fəal iştirakının, qarşıdakı seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini vurğulamışdır.
   Ağcabədi rayon Məhkəməsinin sədri  Xanlar Fərhadov, rayon Prokuroru  Salman Salmanov, Rayon Polis şöbəsinin rəisi Şamil Seyidli, 83 saylı Ağcabədi-Füzuli dairə  seçki komissiyasının  sədri  Mübahir Nəsirov və Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov çıxış edərək , əhalinin hüquqi maarifləndirməsi məqsədini daşıyan geniş tədbirlərin təşkili, vətəndaşların qəbulu və onların müraciətlərinin effektiv təmin olunması, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, cinayətkarlıqla mübarizə sahəsində görülən işlər, polis şöbəsində İctimai Şuranın yaradılması və icma üzvləri ilə birgə uğurlu fəaliyyət göstərməsinin əhali tərəfindən razılıqla qarşılanması barədə danışmışdırlar.

Keçidlər