Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika günü ilə əlaqədar olaraq Ağcabədi şəhər ümumtəhsil məktəblərində sorğu təşkil edilmişdir.

30 may 2017 | 11:00

“28 May – Respublika günü” ilə əlaqədar olaraq 25 - 26 may 2017-ci il tarixlərdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində “Cümhuriyyət tariximizi necə bilirik?” adlı sorğu keçirilmişdir. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən və çağdaş tariximizdən bəhs edən müxtəlif sualların yer aldığı sorğularda iştirak edən məktəblər arasında Ağcabədi şəhər 1 saylı tam orta məktəbin, M. F. Axundov adına şəhər 3 saylı lisey-məktəbin, Ü. Hacıbəyov adına şəhər 7 saylı tam orta məktəbin və M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbin şagirdləri  digər məktəblərin şagirdlərindən fərqləniblər.
         Sorğu zamanı, həmçinin səyyari sərgi də təşkil olunmuşdur. Azərbaycan Xalq Cumhuriyyətindən bəhs edən kitab, qəzet və jurnalların, həmçinin həmin dövrü əhatə edən tarixi sənədlərin nümayiş olunduğu sərgi məktəblilərin böyük marağına səbəb olmuşdur.

Keçidlər