Ağcabədi şəhər 1 saylı tam orta məktəbin 1 ab siniflərinin 24 may 2017 ci ildə Əlifba Bayramı qeyd olundu.
Tədbirin birinci hissəsi birincilərin sinif otağında müəllimləri ilə birlikdə Əlifbaya həsr edilmiş yekun dərs kimi keçirildi.Sonra məktəbin direktoru Səadət Kazımova və bu dərs ilinin XI sinif məzunları birinciləri Əlifba Bayramı münasibəti ilə təbrik edib,onlara xoş sözlər söylədilər.
Tədbirin ikinci hissəsi Heydər Əliyevin adını daşıyan parkda birincilər, məktəbin müəllim kollektivi və valideyinlərin iştirakı ilə davam etdi.İlk öncə birincilər Ulu Öndərin Heykəli qarşısına tər güllər düzərək Ulu öndərə öz ehtiramlarını bildirdilər.Bayram şənliyi birincilərin özlərinində iştirakı ilə rəngarəng rəqs, səhnəcik və kompozisiyalarla davam etdi.Tədbirdə şagirdlər il boyu, təqvimdə qeyd olunan əlamətdar günlərin və nağıl qəhrəmanlarını qarşılayaraq onlarla birlikdə xoş dəqiqələr keçirdilər.
Bayram şənliyi maraqlı və yadda qalan oldu.