Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir.

18 may 2017 | 11:00

Çox sevindirici haldır ki, yeni ailə quran gənclərin nikahlarının Ağcabədi rayon Heydər Əliyev Mərkəzində bağlanması artıq ənənə halını almışdır. Belə cütlüklərin sayı günü gündən artmaqdadır.
   Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi və 15 may – “Beynəlxalq  Ailə Günü” ilə əlaqədar olaraq bu gün Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimləri keçirilmişdir.
   Nikah mərasimindən əvvəl yeni ailə quran cütlüklər – Ağcabədi şəhər sakini Səfərov Yusif Qaçay oğlu və Goranboy rayon sakini Əliyeva Gülnazbəyim Mirməhəməd qızı, Ağcabədi rayon Hindarx qəsəbə sakinləri Quliyev Hikmət Fariz oğlu və Şirinova Nərgiz Zahid qızı, Ağcabədi şəhər sakini Şəkərov Qüdrət Yunis oğlu və Ucar rayon sakini Eyvazlı Cəmilə Zülfiqar qızı və Ağcabədi rayon Mehrablı kənd sakini Novruzov İsa Zülfiqar oğlu və Ağcabədi rayon Aran kənd sakini Dostuyeva Nigar Arzuman qızı Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
    Sonra nikah aktının imzalanması mərasimi olub. Ağcabədi rayon Qeydiyyat şöbəsinin rəisi İslam Əhmədov və Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərova çıxış edərək yeni ailə quran gəncləri əlamətdar hadisə münasibətilə təbrik etmiş, onlara ailə sevinci, xoşbəxtlik arzu etmişlər.

Keçidlər