Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər, rayon, birləşmiş həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib

17 may 2017 | 11:00

Mayın 11-də Ağcabədi rayon İcra Hakimiyyətinin iclas zalında Ağcabədi şəhər, rayon, birləşmiş həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda DİİXİHİ Respublika Komitəsinin nümayəndəsi Nərgiz Məmmədova, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva, həmçinin, təşkilatın işçiləri, həmkarlar ittifaqının üzvləri iştirak etmişdir.
Əvvəlcə həmkarlar ittifaqı komitəsinin sədri Adikə Atayeva may 2012-ci il tarixdən dekabr 2016-cı il tarixədək olan dövr üçün həmkarlar ittifaqı komitəsinin fəaliyyəti haqqında hesabat ilə çıxış etmiş, təftiş komissiyasının işi haqqında isə həmin komissiyanın sədri Niyaməddin Əliyev məlumat vermişdir. Hesabatlar dinlənildikdən sonra həmin hesabatlar ətrafında müzakirələr aparılmış və çıxışlar edilmişdir. Daha sonra həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının tərkibi müəyyən edilmişdir.
Sonda həmkarlar ittifaqı üzvlərinin səsverməsi ilə Adikə Atayeva yenidən təşkilatın sədri seçilmişdir. O, eyni zamanda AHİK-nın VI qurultayına da nümayəndə olaraq müəyyən edilmişdir.

Keçidlər