Şriftin ölçüsü :

Saytın rəngi :

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

01 mart 2024 | 12:30

Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu isə "Mülki müdafiədə innovativ texnologiyalar" dır.

Bu münasibətlə martın 1-də Ağcabədidə Fövqəladə Hallar Nazirliyinin Qarbağ Regional Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Qarabağ Regional mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Murad Bəhmənli, Qarabağ Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin rəis müavini, leytenant Musa Məmmədov, Dövlət yanğın nəzarət xidmətinin böyük inspektoru, mayor Orxan Məmmədov və rayon mərkəzi xəstəxanasının əməkdaşları iştirak ediblər.
Çıxış edən Qarabağ Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Murad Bəhmənli Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədindən söz açıb. O, əhalinin mühafizəsinin, fövqəladə hallardan mühafizə sahəsində hazırlığının təmin olunmasının mülki müdafiə orqanlarının bir nömrəli vəzifəsi olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır və bu da sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.
Xatırladaq ki, bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Hazırda Ümumdünya Mülki Müdafiə Təşkilatına 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür.
Keçidlər