Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun 2023-cü il tarixdə Ağcabədi şəhəri “Heydər” Parkında “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçiriləcəkdir.

30 may 2023 | 16:16

1 iyun 2023-cü il tarixdə Ağcabədi şəhəri “Heydər” Parkında Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ Regional ofisi və “Güvən Xeyriyyə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçiriləcəkdir.

Festival müddətində park ərazisində uşaqlar üçün müxtəlif yaradıcılıq guşələri təşkil ediləcək. Guşələrin təşkilinə Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Ağcabədi rayonu üzrə Təhsil sektoru, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və digər qurumlar dəstək göstərəcək. Həmçinin, YAP Ağcabədi rayon təşkilatının, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi Qarabağ Regional ofisinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri festival müddətində təşkilati işlərə köməklik edəcəklər.

Giriş tam sərbəstdir. Festivala bütün uşaqlar dəvətlidir.

Keçidlər