Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

“08 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.   

02 noyabr 2025 | 10:11

   Ağcabədidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ağacəkmə aksiyaları davam edir. Növbəti belə aksiya noyabrın 1-də rayonun Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Ağ Göl Milli parkı ərazsinə yaxın yerdə baş tutub.

   “08 Noyabr – Zəfər Günü”nün 5 illiyi münasibətilə həyata keçirilən aksiyada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də rayonda fəaliyyət göstərən bir sıra idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər.  

  Təxminən 200 nəfərin qatıldığı aksiyada ərazidə 100-ü eldar şamı, 100-ü tuya, 300-ü isə sərv olmaqla ümumilkdə 500 ağac əkilib. Ağaclar əkildikdən sonra suvarılıb, onlara aqrotexniki qaydada qulluq edilib.

   Qeyd edək ki, tədbirlər planına uyğun olaraq mütəmadi keçirilən ağacəkmə aksiyalarının rayon ərazsinidə keçirilməsi  bundan sonra da davam edəcək.

 

 

Keçidlər