Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun mədəniyyət və istirahət parklarında hər həftənin bazar günü saat 19:00-da müxtəlif tədbirlər, konsert programları təşkil olunacaqdır.

10 iyul 2024 | 09:50
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əhalinin yay istirahətini və asudə vaxtını səmərəli keçirməsi üçün Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən klub müəssisələri, musiqi və incəsənət məktəbləri kollektivlərinin yaxından iştirakı ilə rayonun mədəniyyət və istirahət parklarında hər həftənin bazar günü saat 19:00-da müxtəlif tədbirlər, konsert programları təşkil olunacaqdır.
Növbəti konsert proqramı 14 iyul 2024-cü il tarixdə saat 19:00-da Ağcabədi şəhər Uşaq Musiqi Məktəbi tərəfindən Ağcabədi şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçiriləcək.
Giriş sərbəstdir və hər kəs dəvətlidir.
Keçidlər