Rayon ərazisində sahibsiz heyvanlar üçün sığınacaqların yaradılması təşəbbüsü olan İctimai birliklər, qeyri-hökumət təşkilatları və fiziki şəxslərin nəzərinə!
08 oktyabr 2025 | 10:06
Son zamanlar Ağcabədi şəhərində və kənd ərazilərində sahibsiz küçə itlərinin sayının artması, onların sakinlərə təhlükə yaratması və sahibsiz itlərlə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciətlərin sayı artmaqdadır.
Yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə rayon ərazisində sahibsiz heyvanlar üçün sığınacaqların yaradılması vacibdir. Sığınacaq yaratmaq təşəbbüsü olan İctimai birliklər, qeyri-hökumət təşkilatları və fiziki şəxslər müvafiq köməklik göstərilməsi üçün Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.






