Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu Öndərin anadan olmasının 94-cü idönümü münasibətilə konfrans keçirilmişdir.

12 may 2017 | 11:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü silsilə tədbirlərlə qeyd edilmişdir.
   May ayının 10-da Ulu Öndərin doğum günü münasibətilə Ağcabədi-Zərdab magistral yolunun kənarında ağacəkmə kompaniyası həyata keçirilmiş, onun ardınca YAP Ağcabədi rayon təşkilatının inzibati binasında yekun olaraq “Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir” mövzusunda konfrans keçirilmişdir.
   Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə məlumat verdi.
    YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov məruzə edərək Heydər Əliyevin Azərbaycanın inkişafı naminə 1969-cu ildən başlayaraq gördüyü böyük işlərdən söhbət açmış, ölkəyə rəhbərlik etdiyi dövrdə Respublikamızın iqtisadi cəhətdən möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması, 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra AXCP- Müsavat cütlüyünün hakimiyyəti zamanı tənəzzülə uğramış iqtisadiyyatın bərpa olunması, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün yeni layihələrin həyata keçirilməsindən, Ulu Öndərin ideyalarının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etməsi barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
    Konfransda YAP Ağcabədi rayon təşkilatının şura üzvləri İbrahim Həsənov, Zəhra İbrahimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Leyla Səfərova, Ağcabədi Təhsil şöbəsinin müdiri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Solmaz Rəhimova, YAP Ağcabədi rayon təşkilatı idarə heyətinin üzvü Əli Əliyev çıxış edərək, Ulu Öndərin geniş miqyaslı fəaliyyəti barədə fikirlərini bildirdilər.
    Konfransda YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim edildi.
    Konfransda Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən inşa, bədii qiraət, intellektual oyun müsabiqələrinin, həmçinin müəssisə və təşkilatlar arasında keçirilən mini futbol, məktəblilər arasında şahmat turnirinin, oğlan və qızlar arasında keçirilən atıcılıq yarışının qaliblərinə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər