Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə məktəblilər kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirilir

10 may 2017 | 11:00

Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 08.05.2017-ci il tarixdə saat 11:00-da Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin  birgə  tədbirləri keçirildi.         
   Tədbirdə elmi işlər üzrə prorektor, aqrar elmlər üzrə elmlər doktoru, professor Seyidəliyev Nizami Yaqub oğlu , Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının   dosenti, (qəbul komissiyasının məsul katibi)  iqtisadiyyat üzrə fəlsəfə doktoru Musayev Telman Elbəyi oğlu , Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının dosenti, aqrar elmlər üzrə   fəlsəfə doktoru Hacıyev Mahir Həmzə oğlu ,   Yerüstü nəqliyyat vasitələri və texniki servis, kafedrasının   assistenti, texnika üzrə fəlsəfə doktoru Zingirov Əli Söyün oğlu  və  Aqrar Universitetin tələbələri iştirak etdilər.   Tədbirdə kənd təsərrüfatı sahəsində kadr hazırlığından, ixtisaslı kadrların aqrar sektorun inkişafında rolundan danışıldı.
Universitetin müəllim və tələbələrinin, rayon ictimaiyyətinin və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov bildirib ki, görüşün əsas məqsədi məktəbliləri kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirməkdir. Natiq qeyd edib ki,Ağcabədi rayonunda kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Cari təsərrüfat ilində rayonda 9380,91 min hektarda pambıq, 2009,85 hektarda şəkər çuğunduru əkmək və 350 qutudan 17 ton  barama istehsal etmək qarşıda duran əsas vəzifələrdəndir. Dövlətin dəstəyi, fermerlərin işgüzarlığı sayəsində həyata keçirilən və icrası nəzərdə tutulan əhəmiyyətli layihələrin uğurla başa çatdırılması üçün ixtisaslı kadrlara böyük ehtiyac duyulur. Cənab Prezident İlham Əliyev də martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahədə kadr hazırlığının vacibliyini vurğulayıb.Elə bu məqsədlə də bu gün Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin  birgə  tədbiri keçirilir.  
     Daha sonra çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev kənd təsərrüfatının kompleks inkişafında ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə baytar həkimlərə, aqronomlara, habelə digər kənd təsərrüfatı mütəxəssislərinə böyük tələbat var. Aqrar Universitetdə müasir tələblərə cavab verən kadrların hazırlanması üçün bütün zəruri şərait yaradılıb. Universitetdə köklü struktur islahatları aparılıb, idarəetmə metodu yenilənib, yeni infrastruktur qurulub.
Valideynlər və şagirdlər tədbirdən razı qalıb, onun ixtisas seçiminə müsbət təsirindən danışıblar.

Keçidlər