Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Faciəsinin 25 illiyi münasibətilə Anım Tədbiri

24 fevral 2017 | 11:00

   Bu Gün Ağcabədi şəhər 7 saylı tam orta məktəbdə Xocalı Faciəsinin 25 illiyi münasibətilə Anım Tədbiri keçirilmışdir.Tədbir Dövlət Himninin sədaları ilə başladı.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Giriş nitqiilə direktor Polad Musayev çıxış edərək Xocalı Soyqırımı ,erməni faşistlərinin xalqımıza qarşı törətdiyi cinayətlər barədə geniş məlumat verdi...Düşmənin torpaqlarımızı işğal etməsi,xalqın qəhraman oğullarının düşmənə qarşı mübarizəsi,Milli Qəhraman Əlif Hacıyevin  Xocalıda göstərdiyi fədakarlıq,Milli Qəhraman Çingiz Mustafayevin Bu dəhşətləri lentə alaraq dünya icimaiyyətinə çatdirması barədə şagirdlərə məlumat verildi...məktəb şagirdlərinin ifasında Faciə Qurbanlarına həsr edilmiş ədəbi bədii kompozisiya nümayiş etdirildi,şeirlər ifa etdirildi.Sonda məktəb şagirdlərinin Şəhidlərə həsr edilmış rəsmlərinə baxış keçirildi.

Keçidlər