Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon məktəbliləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

22 noyabr 2016 | 11:00

22 noyabr 2016-cı il tarixdə Laçın rayon 37 saylı məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Öncə məktəblilər Ulu Öndərin Heydər Əliyev Meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək önünə tər-çiçək dəstələri qoyub, Onun əziz xatirəsini yad etdilər.
Sonra Mərkəzə ekskursiya edən məktəblilər əvvəlcə foyedə Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab, jurnalların sərgisi və  Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş, dolğun məlumat verildi.
Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkildi

Keçidlər