Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər ümumtəhsil məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyasına başlanıldı

23 noyabr 2016 | 11:00

23 noyabr 2016-cı il tarixindən etibarən Ağcabədi şəhər ümumtəhsil məktəblərinin Heydər Əliyev Mərkəzinə ekskursiyalarına başlanılıb. İlk olaraq bu gün M. Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstləri düzən şagirdlər sonra Heydər Əliyev Mərkəzində oldular. Öncə şagirdlər foyedə dahi liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, o cümlədən mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular.
Daha sonra ekpozisiya zalında şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.
Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkildi

Keçidlər